Ermənistanla İran arasında viza rejimi ləğv olunub

Rəsmi Yerevan və Tehran ikitərəfli əməkdaşlıq əlaqələrini genişləndirir.

Ermənistan parlamenti növbədənkənar sessiyasında İranla viza rejiminin ləğvinə dair razılaşmanı təsdiqləyib.

sabahinfo.az-ın newsarmenia.am saytına istinadən xəbərinə görə, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib ki, iki ölkə arasında viza rejiminin ləğvinə dair razılaşma cari ilin iyunun 5-də Tehranda imzalanıb.

Sənədə əsasən, Ermənistan və İran İslam Respublikasının vətəndaşları viza almadan bir ölkədən digərinə səfər edə və 90 gündən 180 günədək o biri ölkənin ərazisində qala biləcəklər.

Qeyd olunur ki, razılaşma ölkələr arasında gələcəkdə iqtisadi, ticarət və digər əlaqələrin "güclənməsi və tənzimlənməsinə” xidmət edəcək.