Türkiyə və Xorvatiya milliləri arasında keçirilən oyundan əvvəl hər iki komandanın azarkeşləri yerli xuliqanların hücumuna məruz qalıblar.
Sabahinfo.az publika.az-a istinadən bildirir ki, Fransa mətbuatının yazdığına görə, hədəf əsasən türkiyəli azarkeşlər olub. Xüliqanlar türkiyəli azarkeşləri aparan avtobusu daşa basaraq pəncərələrini sındırıblar. Polisin müdaxiləsindən sonra yerli azarkeşlər hadisə yerindən qaçıblar.
Qeyd edək ki, bundan əvvəl İngiltərə-Rusiya oyunundan sonra da azarkeşlər arasında dava düşüb. UEFA hər iki ölkənin milli federasiyasına xəbərdarlıq edib.