İlk Azərbaycan idmançısı “Rio-2016”-da çıxış edib

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanın ilk təmsilçisi çıxış edib.

sabahinfo.az xəbər verir ki, kamandan 25 yaşlı milliləşdirilmiş oxatanımız Olqa Senyukdu B qrupunda hədəf önünə keçib. O, 623 xal toplayaraq 37-ci yerdə qərarlaşıb.

Onun 1/16 finaldakı rəqibi çinli Tsao Xuey olacaq. Xuey təsnifat mərhələsini 631 xalla 28-ci pillədə başa vurub.

Sıralama baxımından əhəmiyyət kəsb edən yarışda atletlər topladıqları xala uyğun avqustun 8-də baş tutacaq 1/32 final üçün yerlərini müəyyənləşdiriblər.

Yarışın mükafatçıları avqustun 11-də bilinəcək.