İran Ermənistan ərazisindən Gürcüstana qaz ixrac edəcək

Tehran Avropaya yeni marşrut üzrə mavi yanacağın tədarükünü həyat keçirməyi planlaşdırır.

İran Ermənistan ərazisindən Gürcüstana qaz ixracına dair sınaq müqaviləsi bağlayıb, bu barədə İranın neft naziri Bican Zanqane Ermənistanın energetika və təbii resurslar naziri Levon Yolyan ilə görüşün yekununda bildirib.  

sabahinfo.az xəbər verir ki, bu barədə erməni KİV-i İranın İRNA informasiya agentliyinə istinadən xəbər verir. 

İran qazı Emənistan ərazisindən tədarük ediləcək. Tehran yeni marşrut üzrə mavi yanacağı Avropaya çatdırmağı planlaşdırır.