İranın Vəramin şəhərində gecə şənliyinə qatılan 30 qız və oğlan həbs edilib.
Axar.azxəbər verir ki, bu barədə Vəramin SEPAH-ının komandiri polkovnik Davud Əsgəri danışıb. O bildirib ki, evdə aparılan əməliyyat zamanı qızlar və oğlanlar həbs edilərək məhkəmə orqanlarına təhvil verilib:
"Evdə yoxlama aparılıb, müxtəlif alkoqullu içkilər aşkarlanaraq götürülüb. Tutulanlar hazırda dindirilir. Onların hər birinə ayrıca iş açılıb”.