İrəvandan separatçı rejimə 11 milyonluq avadanlıq göndərildi

Ermənistan hökuməti iyunun 23-də yol polisinin işinin təşkil olunması üçün təmənnasız olaraq Dağlıq Qarabağdakı erməni separatçılara avadanlıqların verilməsinə dair qərar qəbul edib.

Sabahinfo.az  azvision.az-a istinadən bildirir ki, qərara əsasən, Ermənistan Yol Polisinin büdcə balansından separatçılara ümumi qiyməti 11 milyon 834 min dram məbləğində olan avadanlıq göndərilib. 

Qarabağa əsasən sürücünün içkili vəziyyətdə olub-olmamasını müəyyənləşdirən qurğu, həmçinin 30 netbuk göndərilib.