İŞİD liderinin köməkçisi məhv edilib

İraqda İŞİD terrorçu qruplaşmasının lideri  Əbubəkr əl-Bağdadinin köməkçilərindən biri məhv edilib.

sabahinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İraq dövlət televiziyası məlumat verib.
 
Məlumata əsasən, İraq Hərbi-Hava Qüvvələrinin təyyarələri Suriya sərhədindəki Əl-Qaim məntəqəsində terrorçuların yığıncaq keçirdiyi binaya hava zərbəsi endirib.
 
Hücum zamanı əl-Bağdadinin köməkçisi ilə yanaşı onlarla terrorçu, həmçinin silah anbarı və terrorçulara məxsus nəqliyyat vasitələrinin məhv edildiyi bildirilir.