İŞİD üzvləri bir-birini qırdılar

İŞİD-in "paytaxt” elan etdiyi Suriyanın Rakka şəhərində qruplaşmanın müxtəlif dəstələri arasında şiddətli toqquşmalar baş verib.

 

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İŞİD-in "xəlifəsi” adlandırılan Əl Baqdadiyə sadiq dəstələr və Əl Qazımi adlı şəxsin komandir olduğu batalyon arasında baş vermiş şiddətli döyüş nəticəsində azı 70 silahlı  ölüb.  

 

Məlumata görə, ölənlər arasında Suriya vətəndaşı yoxdur, onların hamısının əcnəbi olduğu bildirilir.  

 

Qeyd edək ki, ötən gün kürd silahlı dəstələri Rakkanın azad olunması uğrunda əməliyyatın başlandığını elan ediblər. Hazırda kürd silahlı dəstələrinin İŞİD-in "paytaxtından” 37 km şimalda mövqe tutduğu bildirilir.   

"Sputnik” agentliyinin məlumatına görə, terrorçular ailələrini Deyr-əz-Zor şəhərinə doğru təxliyə etməyə başlayıb.

 

Digər məlumata görə, terrorçular Rakkaya silah-sursat cəmləşdirməyə başlayıb. Onların hətta məhbusları həbsxanalardan azad etdiyi bildirilir.  sabahinfo.az