İspaniya Mülki Qvardiyası dəyəri 200 min avro olan fil dişlərini müsadirə edib. Bu barədə sabahinfo.az xarici mətbuata istinadən xəbər verir.
Polisin məlumatına əsasən, çəkisi 744 kq olan 74 diş paytaxt Madriddən cənubda aşkar edilib. Dişlərin nəsli kəsilməkdə olan Afrika fili növlərindən birinə aid olduğu deyilir.
Məsələ ilə bağlı təqsirləndirilən şəxslər barəsində ittiham elan olunub.
Qeyd edək ki, fil sümüyü bəzək əşyalarının hazırlanması üçün qiymətli materialdır. Fil sümüyünün beynəlxalq ticarətinə 1989-cu ildə qadağa qoyulub.