Keçmiş birinci xanım mandatdan imtina edib

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı, "Vahid Milli Hərəkat” partiyasından deputat seçilmiş Sandra Rulofs noyabrın 7-də deputat mandatından rəsmən imtina edib. sabahinfo.az saytı Gürcüstan mediasına istinadən xəbər verir ki, xanım siyasətçi bununla bağlı Gürcüstan Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

Qeyd edək ki, "Vahid Milli Hərəkat” partiyası parlament seçkilərində proporsional siyahı üzrə 27 deputat mandatı əldə edib. Sandra Rulofs parlamentə proporsional siyahı üzrə deputat seçilmişdi. O, siyahıda ikinci olub.