Krit adası yaxınlığında göyərtəsində 350 miqrantın olduğu gəmi batıb

Ötən gün Krit adası yaxınlığında batan gəminin göyərtəsində 350-dək miqrant olub.

25 metr uzunluğu olan gəmi Krit adasından 75 mil cənubda batıb.

sabahinfo.az  APA-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti”məlumat yayıb.

Yunanıstanın sahil mühafizə xidməti miqrantların çoxunu xilas edə bilib. Məlumata görə, xilas olunanlardan 221 nəfəri Norveç bayrağı altında üzən tankerlə İtaliyanın Auqusta limanına aparılıb.

Bir müddət sonra xilas olunanlardan daha 97 nəfəri və ölənlərdən 10 nəfərin meyiti Auqusta limanına göndərilib.