ABŞ-ın Miçiqan ştatında avtomobilin bir qrup velosipedçiyə çırpılması nəticəsində azı 5 nəfər ölüb. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Kalamazu şəhərində baş verib. Qəzadan sonra sürücü hadisə yerindən uzaqlaşmağa cəhd edib, lakin polis tərəfindən saxlanılıb.
Ölən və xəsarət alanların arasında uşaqların olduğu bildirilir.
Məlumata görə, qrupun tərkibində 9 velosipedçi olub.
İnsidentin təfərrüatları açıqlanmır