Ekspert deyir ki, bu gün ipoteka faizlərinin artırılması inandırıcı deyil.
"Bugünkü situasiyada Azərbaycan Mərkəzi Bankının (AMB) uçot faiz dərəcəsini artırması mənzil bazarında qiymət artımına səbəb olmayacaq”.
Sabahinfo.az-a bu sözləri "MBA Group” konsaltinq şirkətinin baş direktoruNüsrət İbrahimov AMB-nin bugünkü qərarının mənzil bazarına gələcək təsirindən danışarkən deyib.
N.İbrahimov deyib ki, bəzi banklar çıxmaq şərti ilə digərləri kredit verilişini dayandırıblar:
"Artıq bir ilə yaxındır ki, bankların daşınmaz əmlak bazarında fəaliyyəti, aktivliyi həddindən artıq aşağı səviyyədədir. 2009-2015-ci ilə qədər olan dövr olsaydı, demək olardı ki, bu qərar bazarda qiymət artımına səbəb olacaq.
Qərar bu gün bazara təsir göstərmir, çünki bankların bəzilərini çıxmaq şərti ilə demək olar ki, kredit vermirlər. Bu qərar ilkin bazara, premium sinifə daxil olan binalarda cüzi qiymət artımına səbəb ola bilər”.
Onun sözlərinə görə, ipoteka faizlərinin artırılması isə inandırıcı deyil.