Mərkəzi oyunda əfsanəvi kapitan meydana çıxmayacaq

İtaliya A seriyasında XVI turun mərkəzi oyunu hesab edilən "Roma" - "Milan" qarşılaşmasında paytaxt klubu itki ilə çıxacaq.

sabahinfo.Az goal.az-a istinadən xəbər verir ki, "canavarlar" veteran futbolçu Françesko Tottinin xidmətindən məhrum olacaq. Buna səbəb əfsanəvi futbolçunun qripə yoluxmasıdır. Bugünkü məşqdə iştirak etməyən 40 yaşlı yarımmüdafiəçi dekabrın 12-si də meydana çıxmayacaq.

Qeyd edək ki, "Olimpico" stadionunda keçiriləcək "Roma" - "Milan" matçı saat 00:00-da start götürəcək.