Milli Məclisin payız sessiyasının növbəti iclası 29 dekabrda keçiriləcək.
Sabahinfo.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, büdcə zərfinin müzakirələri sabahkı iclasda üçüncü oxunuşda davam etdiriləcək.