"Neftin qiyməti ilin əvvəlindəki minimumdan (27 dollar) hazırda 74% çoxdur”.
Sabahinfo.az xəbər verir ki, bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəriİlham Şaban deyib.
"İlin birinci yarısında Mərkəzi Bank və Neft Fondunun məcmu ehtiyatları 700 milyon dollar azalıb. OPEK və İEA-nın proqnozlarına görə, bu ilin II yarısında Azərbaycanda neft hasilatı gündəlik təqribən 20 min barel azalmağa doğru gedəcək. Onlar isə bu informasiyanı Azərbaycan Energetika Nazirliyi ilə əməkdaşlıq proqramı çərçivəsində əldə edirlər”.
Onun sözlərinə görə, 2011-də Neft Fondunun gəlirləri 19,9 mild. dollar, 2014-cü ildə 16,3 mild. dollar, 2015-ci ildə 7,6 mlrd. dollar, proqnoz 2016-cı ildə - 4.5 milyard dollardır