PKK Türkiyənin turistik ərazilərinə hücum edə bilər

Turizm mövsümündəyik. PKK terrorçuları turistik ərazilərimizə hücumlar təşkil edə bilər.

 

sabahinfo.az  xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş deyib.

 

"PKK gördüyümüz sadəcə bir neçə min nəfərdən ibarət deyil. Onlara böyük güclərin dəstək verdiyini bilirik. Siyasi, iqtisadi, logistik dəstək verməklə yanaşı, kəşfiyyat məlumatlarını belə terrorçulara ötürürlər. Dolayısıyla sadəcə bir terror təşkilatı ilə deyil, onların arxasındakı qüvvələrlə də mübarizə aparırıq. Lakin tərəddüdsüz şəkildə deyirəm ki, bu mübarizəni millətimiz qazanacaq”, - Qurtulmuş söyləyib.