Portuqaliyalı nazir Rio-de-Janeyroda qarət edildi

Onu yerli sakinlər saxlayıblar.

Portuqaliyanın təhsil naziri Tiaqo Brandao Rodriges Rio-de-Janeyro küçələrində qarət edilib.

sabahinfo.az  RİA Novosti-yə istinadən xəbər verir ki, nazir Rio-de-Janeyroya Portuqaliya nümayəndə heyətinin tərkibində Olimpiya Oyunlarına gəlib. 

Hücum edən şəxs küçədə nazirə yaxınlaşaraq bıçaqla hədə-qorxu gəlib və ondan pul kisəsini və mobil telefonunu verməyi tələb edib, o da bu tələbi yerinə yetirib. 

Amma cinayətkar çox uzağa gedə bilməyib. Hadisə barədə polisə məlumat verən yerli sakinlər onu saxlayıblar.