Qarşılaşma Tofiq Bəhrəmov adına stadionda keçirilir.
"Qarabağ” azarkeşləri Lüksemburq "Düdelanj”ı ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə aprel döyüşlərində dünyasını dəyişən şəhidləri anıblar.
sabahinfo.az Report-a istinadən xəbər verir ki, fanatlar bu gün 44 yaşı tamamlanan şəhid polkovnik Raquf Orucovun rəngli şəkli olan böyük plakat nümayiş etdiriblər.
Azarkeşlər "Şəhidlər ölməz, vətən bölünməz” şüarları da səsləndiriblər.