Rio-2016: Güləşçimiz medalın bir addımlığında – YENİLƏNİB

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Sabah Şəriəti ilk təsəlliverici görüşə çıxıb.

Sabahinfo.az-ın məlumatına görə, 130 kq. çəki dərəcəsində yer alan iranlı legionerin rəqibi venesuelalı Ervin Xose Karabalyo Kabrera olub.

Görüşü 8:0 hesablı qələbə ilə başa vuran idmançımız bürüncə bir addım da yaxınlaşıb. 

Mükafatçılar sırasına düşmək üçün Şəriəti son rəqibi almaniyalı Eduard Poppu da məğlub etməlidir.

Digər təmsiliçimiz Saman Təhmasibi ilk təsəlliverici görüşündə iranlı Həbibulla Axlağiyə uduzaraq "Rio-2016” Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

20:02

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçiləri Sabah Şəriəti və Saman Təhmasibiyarışların bürünc medalı uğrunda mübarizə aparacaqlar.

Oxu.Az xəbər verir ki, S.Təhmasibinin ilk təsəlliverici görüşdə rəqibi İran güləşçisi Comeh Həbibullah Əxlaqi olacaq. Bu mübarizə saat 23:05-də start götürəcək.

Şəriəti isə təsəlliverici görüşlərin ikinci mərhələsində venesuellalı Ervin Xose Kabrera Karaballo ilə mübarizə aparacaq. Görüş saat 23:45-də başlayacaq.