Sabah saat 11:00-dan 14:00-dək "Qaz İxrac” İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin "Sarıtəpə” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Bu barədə Oxu.Az-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, təmir müddətində Şəmkirin Sarıtəpə kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq.