Səudiyyə Ərəbistanı ötən həftə Rusiya, İran və İraq ilə Asiya bazarı uğrunda rəqabət fonunda növündən asılı olaraq bir barelə görə neftin qiymətini 0,7 - 1,3 dollar diapazonunda aşağı salıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə sözügedən sahədəki mənbəyə istinadən "The Wall Street Journal” nəşri yazıb.
"Bu endirim Səudiyyə Ərəbistanının Asiya bazarında Yaxın Şərq və Avropadan olan digər oyunçularla rəqabət qabiliyyətliliyini möhkəmləndirmək üçün edilib”, - deyə məlumatlı mənbə bildirib.
Səudiyyə cari ilin II rübündə Hindistana neft tədarükü həcmində İraqdan geri qalıb. Çində isə ərəb dövləti Rusiya ilə rəqabətdədir. Ötən ay Rusiyanın bu ölkəyə neft ixracı artdığı bir halda, Səudiyyə Ərəbistanında bu, əksinə olub.
JBC konsaltinq şirkətinin məlumatına görə, İranın 2016-ci ilin birinci yarısında Çin, Yaponiya və Cənubi Koreyaya məcmu ixracı ilbəil 29% artmağa başlayacaq və sutkada 1,4 mln. barelə çatacaq.