İran İnqilab Keşikçilərti Korpusuna bağlı Qüds qüvvələrinin Suriyadakı komandirlərindən Cahangir Caferiniya və müqavilə ilə xidmət edən əsgər Məhəmməd Zeleki Suriyadakı toqquşmalarda öldürülüb. sabahinfo.az xarici mediaya istinadən bildirir ki, Suriyada altı ildir gedən daili xmüharibədə İran qoşunları, rejim qüvvələrinin tərəfində müxaliflərə qarşı vuruşur.
Tehran rəhbərliyi, Suriyadakı toqquşmalarda indiyə qədər aralarında generalların da olduğu çoxlu sayda hərbi personalını itirərkən Suriyadakı müharibəyə daxil olduğu istiqamətindəki iddiaları rəsmi səviyyədə təkzib edir.
Məlumatda qeyd edilir ki, İran qarşıdurmalarda öldürülən iranlıları "könüllülər” kimi təqdim edir.