ABŞ-da Nyu-York və Nyu-Cersi ştatı arasında yüngülmotorlu təyyarə Qudzon çayına düşüb.
Sabahinfo.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, göyərtədə neçə nəfərin olduğu hələlik məlum deyil.
Hadisə axşam saatlarında baş verib. Qəza rayonunda polis nümayəndələri və xilasedicilər işləyir.