Futbol üzrə Türkiyə çempionatında 5 illik qadağa ləğv edilib.sabahinfo.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, Türkiyə futbolunun 4 böyük klubu hesab edilən "Fənərbaxça”, "Qalatasaray”, "Beşiktaş” və "Trabzonspor”un aralarındakı oyunlarda azarkeşlərin rəqibin stadionuna girməsi qadağası aradan qaldırılıb.
Qeyd edək ki, bu qadağa 2011-2012 il mövsümündə qəbul edilmişdi. Qadağanın qəbulun səbəb isə adıçəkilən klubların azarkeşləri arasında çıxan davalar idi.