Türkiyədə Silahlı Qüvvələrin 1684 zabiti işdən azad edilib. sabahinfo.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, işdən azad edilənlərin arasında 149 general və admiral və 1099 polkovnik var.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.