Türkiyənin cənub-şərqində PKK terrorçularının hücumu nəticəsində beş əsgər şəhid olub, səkkizi yaralanıb.
sabahinfo.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hücum Türkiyənin İraq və İranla sərhəddə yerləşən Hakkari vilayətinin Çukurca şəhərində baş verib.
Nəşrin məlumatına əsasən, yolda yoxlanış aparan əsgərlər iriçaplı silahlardan atəşə tutulub.
Yaralı hərbçilər xəstəxanaya çatdırılıb. Bölgəyə xeyli sayda zirehli texnika cəlb olunub, yaraqlılara qarşı aparılan xüsusi əməliyyat davam edir.