“Formula-1” üzrə Azərbaycan Qran Prisinin başlanma saatı açıqlanıb.
Oxu.Az xəbər verir ki, “Formula-1” təşkilatı bu il keçiriləcək 23 yarışdan 22-nin (mayın 2-də keçiriləcək üçüncü yarışın meydan sahibi hələ bilinmir – S.M.) başlanma saatını tərtib edib.
İyunun 4-də “Formula-1” pilotlarının birinci məşqi saat 13:30-14:30, ikinci məşqi isə 17:00-18:00 aralığında olacaq. Üçüncü məşq iyunun 5-də 14:00-15:00-da baş tutacaq.
Həmin gün 17:00-18:00-da təsnifat yarışı keçiriləcək. İyunun 6-da isə yarış 16:00-da başlayacaq. Bakıda gün batana – 20:08-ə kimi yarış başa çatmalıdır.