Fransa ilə münasibətlərə yenidən baxılmalıdır

Son vaxtlar Fransa prezidenti Azərbaycan əleyhinə yalan və böhtan dolu bəyanatlar səsləndirməkdə, qeyri-obyektivlik sərgiləıməkdədir. Makronun böhtan xarakterli açıqlamaları Fransanın beynəlxalq aləmdəki nüfuzuna, onun formalaşdırmağa çalışdığı “ədalətli dövlət” obrazına  nə vəd edir? Azərbaycana atılan böhtanlar mahiyyət etibarı ilə Fransanın beynəlxalq aləmdəki imicinə vurulan zərbə kimi də xarakterizə edilə bilərmi?

Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev qeyd edib ki, Fransanın yalanları bu dövlətin ədalətdən uzaq olduğunu göstərir: “Fransa prezidenti Makronun, Azərbaycan əleyhinə səsləndirdiyi açıqlamalar, qərəzli, etik normalardan uzaq, yalanlarla dolu, böhtan xarakterli fikirlərdən ibarətdir. Dövlətinə hörmət edən heç bir siyasətçi, beynəlxalq ictimaiyyət qarşısında ağ yalanlar uydurmaqla, özünü biabır etməz. Monitorda göstərilən Azərbaycanın xəritəsində, keçmiş Dağlıq Qarabağ ərazisi qırmızı rənglə təsvir olunub və təbii ki, Ermənistanla hər hansı sərhəd bağlılığı belə yoxdur; Makron isə, deyir ki, “arsax Ermənistanın ürəyində yerləşir” və s. Bu qədər də yalan olar?. Fransa, Azərbaycanın 44 günlük müharibədəki qələbəsini həzm edə bilmir. Makron reallıq hissini o dərəcədə itirib ki, torpaqlarımızın azad olunmasında Rusiyanı belə günahlandırır. Bu birinci hal deyil. Müharibə ərəfəsində dəfələrlə, Prezident İlham Əliyevə telefon açaraq, Azərbaycan tərəfindən, Yaxın Şərq terrorçularının vuruşduğu barədə erməni yalanlarını təkrarlaması, onun isterik vəziyyətdə olduğunu, göstərir. Bu adam Fransa kimi böyük dövlətin başçısıdır. Ancaq onun şəxsiyəti, xarakteri, peşəkarlıq səviyyəsi, qlobal strateji düşünmə imkanlarını məhdudlaşdırır. Hiss olunur ki, o kompleks yaşayır. Beynəlxalq münasibətlər sistemində sərgiədiyi davranışlar, səsləndirdiyi fikirlərlə özünü pis vəziyyətə salır. Avropa İttifaqının Praqa sammitindəki, görüşlərdə Prezident İlham Əliyevin diqqət mərkəzində olması, onun sərbəst, şax duruşu fonunda Makronla, Paşinyanın məyusluğu, özlərini narahat hiss etmələri açıq şəkildə görünürdü. Adətən, üzbəüz mübarizədən qorxan düşmənlər, namərdcəsinə arxadan zərbə vurmağı bacarırlar. Sammitdən dərhal sonra verilən biabırçı açıqlamalar da bunu sübut edir. Makronun apardığı siyasətin nəticəsində, bir çox ölkələr Fransa demokratiyasına, qanunun aliliyinə, insan hüquqlarına olan inamını itirirlər. Bu yaxınlarda Mali, Burkino—Faso kimi Afrika ölkələrində fransayönümlü hakimiyyətlər qovuldu. Livana iki dəfə səfər etdi və fitə basıldı. Egedə, Şərqi Aralıq dənizində Türkiyə əleyhinə hərbi alyans təşkil etməyə cəhdlər etdi və biabır oldu. Türkiyənin, Prezident Rəcəb Tayyib Ərdoğanın Afrika ölkələrində, ümumiyyətlə dünyada günü-gündən artan nüfuzunu özü, eləcədə ölkəsi üçün təhlükə olaraq görür. Artıq bütün maskalar cırılb. Vasitəçiliyə iddialı ölkə Fransa, heç zaman ədalətli dövlət ola bilməz. Ona görə də, bu ölkə ilə münasibətlərimizə yenidən baxılmalı, dostlarımızla, strateji müttəfiqlərimizlə məsləhətləşmələr aparılmalıdır. Makronun “Türkəfob”, “islamofob” siyasəti ifşa olunmalı, regional və beynəlxalq təhlükəsizlik sisteminə təhdid kimi qəbul edilməlidir”.