Azərbaycan gələn il üç ölkədə səfirlik təsis edəcək.
Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.
O, Tailandda səfirliyin təsis olunması və fəaliyyətə başlamasının gözlənildiyini deyib.
“Eyni zamanda, Oman sultanlığında və Əfqanıstanda diplomatik missiyalarımız fəaliyyət başlayacaq”, - nazir əlavə edib.