Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.
Sabahinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmr imzalayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Nazirlikdən bildirilib ki, hər iki general ehtiyata buraxılıb.