Göygöl rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayonun Aşağı Zurnabad qəsəbəsində, Gəncə kəndində, Zurnabad kəndində, Topalhəsənli kəndində, Sarısu kəndində, vətəndaşlarla səyyar görüş keçirib....
Keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Rayonun Çaykənd kəndində keçirilən səyyar görüşdə qaldırılmış məsələlər öz həllini tapıb.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin rayonun Çaykənd kənd sakinləri ilə keçirilmiş səyyar görüşü zamanı əhali tərəfindən qaldırılan təkliflər qısa müddət ərzində öz həllini tapıb. Belə ki, Rayon İcra Hakimiyyəti başçısının tapşırığı əsasında Çaykənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və kənd bələdiyyəsinin daxili imkanları hesabına Çaykənd kəndinin küçələrinə qum-çınqıl örtüyü tökülərək bıçaqlı texnika vasitəsi ilə hamarlanmışdır.