Dünyanın ən nüfuzlu iş dünyası jurnallarından biri olan "Forbes"in dünyanın 100 ən güclü qadını siyahısında Türkiyədən olan "Sabancı" Holdinq İdarə Heyətinin sədri Gülər Sabancının adı yer alıb.
SABAHİNFO.AZ xəbər verir ki, siyahının başında Avropa Komissiyasının sədri Ursula fon der Leyen, ikinci yerdə Avropa Mərkəzi Bankının sədri Kristin Laqard, üçüncü yerdə isə ABŞ-ın vitse-prezidenti Kamala Harris yer alıb. Jurnalın saytında yer alan açıqlamada Gülər Sabancının Sabancı Fondu və Sabancı Universitetinin Qəyyumlar Şurasının sədri olduğu və Avropa Sənaye Dəyirmi Masasının (ERT) ilk qadın üzvü və "MIT Energy Initiative"nin Xarici Məsləhət Şurasının üzvü olduğu da xatırladılıb.