Ermənistan Baş Nazir Aparatının rəhbəri Araik Arutyunyan Gürcüstana işgüzar səfəri çərçivəsində bu ölkənin baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Sabahinfo.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Görüşdə Ermənistan-Gürcüstan ikitərəfli əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub. Qeyd edilib ki, strateji məsələlər üzrə yüksək səviyyəli dialoq təkcə Gürcüstan və Ermənistana deyil, həm də bütün regiona xeyir verəcək.
Hər iki tərəfdən regionda sülh və sabitliyin təmin edilməsi vurğulanıb. İrakli Qaribaşvili bildirib ki, Gürcüstan regionda sülh və sabitliyə yönəlmiş prosesləri dəstəkləməyə hazırdır.