Mingəçevirdə hamilə qadın dəm qazından boğularaq ölüb.
Axar.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Havarlı kəndində qeydə alınıb.
Ailə üzvləri Fərizə Vüqar qızı İsmayılovanı vanna otağında aşkarladığı zaman onun öldüyünü görüblər. F. İsmayılova 4 ay əvvəl ailə qurduğu və hamilə olduğu bildirilir.