"Cinayət Məcəlləsinin 234.1-ci maddəsi var. Yəni, satış məqsədi olmadan narkotik vasitələrin və psixatrop maddələrin daşınması, istifadə olunması və s. Həbsxanaların az qala 60-70 faizi bu şəxslərlə doludur".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib. Onun sözlərinə görə, cəmiyyətdə gizlin deyil ki, bu şəxslərin həbsə alınması heç bir effket vermir:
"Cinayət Məcələsinin bu maddəsini ləğv etmək, həmin şəxsləri məcburi müalicəyə yönəltmək lazımdır"