Hərbiçilər geri qaytarılıb

Saat 23:45-də Azərbaycan Ordusu səhvən Azərbaycan ərazisinə keçən iki ermənini geri qaytarıb. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, ermənilərin qaytarılması üçün danışıqları Rusiya FSB-si (FTX) aparıb.

Qeyd edək ki. bundan öncə Gorus-Qafan yolu ilə hərəkət edən iki erməni gəncin azaraq Azərbaycan ərazisinə keçdiyi bildirilmişdi. Onları Azərbaycan Ordusunun əsgərləri saxlamışdı.

Hər iki erməninin İkinci Qarabağ savaşında iştirak etdiyi, daha sonra isə ordudan tərxis olunduğu bildirilirdi.