Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir

9 may 2025-ci il tarixində Azərbaycan Karate Fedarasiyasının təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun nəzdində fəaliyyət göstərən Budokan şəhər döyüş növləri idman mərkəzində Azərbaycan Azərbaycan Karate Federasiyasının fitse prizdenti Fizuli Musayev, baş katib Qabil Sayadov, AKP-nin Sumqayıt üzrə nümayəndəsi Akif Kərimov, Budokan şəhər döyüş növləri mərkəzinin sədr müavini Rəfael Məmmədov, məşqçilər Emin Hümbətov, Bəxtiyar Məmmədov, Xəyal Hüseynov, Xəyal Məmmədov, Murad Hacızadənin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 102-ci il dönümü münasibəti ilə mərkəzin Sumqayıt şəhərində yerləşən idman kompleksində texniki seminar keçirilmişdir. Tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. İlk çıxış üçün söz alan AKF-nin vitse prizdenti Fizuli Musayev Sumqayıt şəhərində karatenin yüksək səviyyədə inkoşafını qeyd edərək, məşqçi müəllimlərin fəaliyyətinə yüksək qiymət verərək tədbirin təqdirə laiq olmasını qeyd etdi. Daha sonra Sumqayıt şəhər Karateçilərinin ötən ilin idman dərəcələri üzrə Bakıda keçirilən beynəlxalq seminarda müvafiq idman dərəcələri almış idmançılara sertifikatlar təqdim edilmişdir. Texniki seminarın praktiki hissəsində isə 8-ci danqara kəmər ustası Fizuli Musayev və 5-ci danqara kəmər ustası Qabil Sayadov karatenin texniki elementlər kompleksindən ibarət ustad dərsləri keçdilər. Tədbirin mətbuatda işıqıandırılması və texniki seminarın keçirilməsinə dəstək verən VETENİM-AZERBAYCANDİR.AZ xəbər informasiya proqramının baş redaktoru Kamran Orucovda tədbirdə iştirak etmişdir.