Hikmət Hacıyev: Erməni sakinlərin nəyəsə ehtiyacı olsa, bu yol işləkdir!

Azərbaycan yol blokları, maneə divarları qurmur. Azərbaycan yol inşa edir.

Sabahinfo.az xəbər verir ki, bunu xarici diplomatların Ağdama səfəri çərçivəsində onlara Ağdam-Xankəndi yolu barədə məlumat verən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Qarabağın erməni sakinlərinin hər hansı təchizata ehtiyacı olsa, bu yol işləkdir”, - deyə o bildirib.