Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Ziya Şıxlinskinin Milli Qəhrəman Hökümə Əliyevaya həsr olunmuş "Hökümə - kədərim mənim" adlı sənədli filmi avqustda təqdim olunacaq.
Sabahinfo.az xəbər verir ki, bu barədə İttifaq məlumat yayıb.
Bildirilib ki, layihənin rəhbəri AKİ sədri, Xalq artisti Rasim Balayev, rejissor Ziya Şıxlinski, operator Yuri Varnovski, montaj rejissoru Mübariz Nağıyev, koordinator Əli İsa Cabbarovdur.