Hökumətdən qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı AÇIQLAMA

Hökumət qeydiyyatsız evlərin sənədləşdirilməsi məsələsinə aydınlıq gətirib.

Sabahinfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında qeyd olunub.

Bildirilib ki, müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş yaşayış evlərinin və onların altında yerləşən qanuni əsaslar olmadan istifadə edilən torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı qanunvericilik aktı qəbul ediləcəyi təqdirdə həmin əmlaklara dair mülkiyyət hüququ qeydiyyata alınacaq.