Hulusi Akarın Qarabağ Universitetinin tələbəsi ilə səmimi söhbəti - VİDEO

Azərbaycanda səfərdə olan Türkiyənin sabiq müdafiə naziri, TBMM-in üzvü Hulusi Akar Qarabağ Universitetinin tələbəsi ilə səmimi söhbət edib.

Sabahinfo.az xəbər verir ki, bununla bağlı görüntüləri Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı sosial şəbəkə hesabında paylaşıb.

Paylaşımdakı videoda Hulusi Akarın tələbənin dərsləri ilə maraqlandığı, daha sonra isə cibindən telefonunu çıxararaq oradakı materialı ona göstərdiyi əks olunub. 

Həmin görüntüləri təqdim edirik: