“Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. Şura sədri Elçin Salmanov gündəlikdə duran məsələlər və qarşıdakı planlar barəsində məlumat verib.
Şuranın ötən dövrdəki fəaliyyətinə toxunan E.Salmanov bildirib ki, yeni tərkibdə seçilən Şuranın əsas məqsədi vətəndaşlarla “Azəriqaz” İB arasında sağlam münasibətin formalaşmasına dəstək olmaqdan ibarətdir. Bu baxımndan şuranın fəaliyyət siferasına sosial şəbəkələrlə iş, monitorinqlərin aparılması daxildir.
E.Salmanov onu da bildirib ki, qarşıdakı günlərdə Birliyin satış deportamentinə səfər təşkil olunacaq. Orada işin təşkili və digər məsələlərlə bağlı tanışlıq həyata keçiriləcək. Eyni zamanda mart ayında Şura üzvlərinin Gəncəyə səfəri icra planına daxil edildi. Qeyd edək ki, Şuranın bu kimi səfərləri davamlı olacaq. Bununla bağlı qəbul olunan qərarlar və görülən işlər geniş ictimayyətə çatdırılacaq.