Bizim qızlarımız orada bayrağı qaldırdılar və Türkiyənin Milli Marşı səslənəndə bütün orada oturanları ayağa qaldırdı. Bax, zəfər budur, qürurverici hallar budur.
Sabahinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları Cansu Bektaş, Qamze Altun və Nuray Güngör ilə görüşdə deyib.
“Bizim dövlətlərimiz də, xalqlarımız da bu zəfərə layiqdir. İkinci Qarabağ savaşında Türkiyə həmişə bizim yanımızda idi, bütün digər məsələlərdə, idmanda hər zaman bir yerdə”, - Prezident vurğulayıb.