"İl ərzində nə qədər sayğac dəyişər?!" 

Tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı son günlərin aktual problemi kimi diqqətə gələn və rəsmən KÜTLƏVİ ETİRAZLARLA müşaiyət olunan bir porblemə diqqət çəkib. DİA.AZ bildirir ki, burada söhbət vətəndaşlara təbii qazdan istifadəyə görə əlavə borcların yazılmasından gedir.

M.Qəhrəmanlı "Abonent nə etsin ki, sayğac xarab olub. Ona əl vurmayıb, müdaxilə etməyib günah bunundurmu?!" deyə etirazını ifadə edərək, sahə üzrə mütəxəsislərdən birinə istinadla bilgiləri paylaşıb. DİA.AZ həmin açıqlamanı təqdim edir:
-Qaz sayğaclarının istismar müddəti beş il təyin edilib. Beş il tamam olduqda AZƏRİQAZ tərəfindən yenisi ilə əvəzlənməlidir. Yenisi ilə əvəzləndikdə sayğac abonentin iştirakı ilə açılmalıdır yenisi bağlanmalıdır və gözlə görünən müdaxilə aktı qeyd edilməlidir.Bundan başqa abonentə labaratoriyada sayğacın testdən keçmək prosedur başa salınmalıdır.
- Açılan sayğacın daşınması düzgün təşkil edilməlidir. Sayğac labaratoriyada testdən keçdikdə əslində abonentin iştirakı ilə olmaldır. Ən azından abonentə mesaj formasında dəvət göndərilmədlir ki,filan vaxtda sayğac yoxlamasında iştirak etsin.
- Labaratoriyada o test hansı təzyiqlə yoxlanılır,abonentə verilən qazın təzyiqi,gündə ən azı 3-4 dəfə RQİİ tərəfindən dəyişdirilməsi labaratoriyada nəzərə alınırmı?! Xeyr qətiyyən!
- Cərimənin təyini. Cəriməni kim, hansı əsasla kim təyin edir.Onun qaz sərfiyyatı nəzərə alınırmı,sayğacın nə vaxtdan xarab olması və düzgün işləməməsi necə bilindi?! Bunlar hamısı AZƏRİQAZ-ın "öz qanunları"kimi idarə edilməsi kitabında var. Bazadan çıxarış olur,10 ili keçmiş sayğacları dərhal dəyişin?! Niyə?! Çünki cərimə rahat yazılsın,dırnaqarası əsasları olsun.Bəs indiyə kimi harda idilər?! Deməli məqsəd sayğac deyil,cərimənin yazılmasıdır. Abonent hardan bilsin ki,onun sayğacının istismar müddəti bitib?! Gedib sayğaclar şöbəsini əli ilə tutub gətirsin ki,gəlin sayğacımı dəyişin?! Suallar çoxdu hamısı da cavabsız qalacaq. Ötən il Cənab Prezident qaz itgisi ilə bağlı narazılıq dilə gətirdi,AZƏRİQAZ rəhbərliyi də abonentlərə əlavə cərimələr,yükləmələr yazdı. İndi də yükləmələr ortaya çıxdı deyə gücü veriblər cərimələrə. İl ərzində nə qədər sayğac dəyişər?! Hərəsi bir formada. Yeni sayğac gəlmişdi ZENNER. Maksimum 1 il işləyirdi,heç 1 ilə də çatmırdı. Hamısı tutulurdu,qaz kəsilirdi ya da tutula-tutula işləyirdi. Nə edək ki,milyonları çölə tökən AZƏRİQAZ rəhbərliyi bu cür sayğacları ölkəyə gətirib. Abonent nə etsin ki,sayğac xarab olub. Ona əl vurmayıb,müdaxilə etməyib günah bunundurmu?! Sayğac tutulub,qaz ötürmür ona necə cərimə hesablamaq olar? Faktiki olaraq qaz ötürməyə sayğaca qazın itgisinilə bağlı cərimənin yazılması vicdan məsələsidir.
Sonda bir Azəriqaz işçisi kimi demək istəyirəm ki,vətəndaşların halına acıyıram və onlar heç vaxt haqsızlığa boyun əyməsinlər.Cərimə ilə bağlı məhkəməyə müraciət edib tapdanmış haqlarının bərpasını tələb etsinlər".

Məsələ diqqətimizdədir. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...