İlaxır çərşənbədə Bakıda 3 nəfər tonqalda yanıb

Martın 15-də Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çərşənbə tonqalının üzərindən tullanan zaman yanıq xəsarətləri alan 3 nəfər müraciət edib.

Bu barədə Sabahinfo.az-aSəhiyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, onlar müxtəlif yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə aparılıblar.