İlham Əliyev və Poroşenko nələrdən danışdı?

Ukrayna Prezidenti Pyotr Poroşenko ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. 

Bu barədə Sabahinfo.az-a Ukrayna dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat verir.

P.Poroşenko qeyd edib: "Bu gün Ukrayna-Azərbaycan münasibətlərinin uğurla genişləndirilməsi üçün hər cür şərait var. Ölkələrimiz bunun üçün lazımı potensiala, biz isə siyasi iradəyə malikik”.

P.Poroşenko Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyişməz mövqeyini təsdiq edib: "Bu mövqe Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmətə əsaslanır”.

Öz növbəsində İlham Əliyev də bildirib ki, Azərbaycan tərəfi Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən mövqedədir.

Bundan əlavə, dövlət başçıları yüksək səviyyədə siyasi dialoqun fəallaşdırılmasına hazır olduqlarını ifadə ediblər. 

Prezident İlham Əliyev Pyotr Poroşenkonu Azərbaycana rəsmi səfər dəvət edib.