İlham Əliyevdən 1,5 milyon manatlıq SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonunun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı maliyyə vəsaitinin ayrılması üçün Sərəncam imzalayıb.

Sabahinfo.az xəbər verir kİ, 6 yaşayış məntəqəsini birləşdirən yolun təmiri üçün 1,5 milyon manat ayrılması nəzərdə tutulub. 

Vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.