İllərdir küsülü olan Nisə Qasımova və Brilliant Dadaşova barışdı

Xalq artistləri Nisə Qasımova və Brilliant Dadaşova efirdə barışıblar.

Axşam.az xəbər verir ki, Qasımova "Gündən-günə" proqramında qonaq olub. Dadaşova efirə zəng edərək illərdir küsülü olduğu müğənnini ad günü münasibətilə təbrik edib.

"Mən tərəfdən heç kimə qarşı küslük yoxdur. Nisə Qasımovadan isə heç küsmürəm. Özü özlüyündə incimişdi. İnsan ad-sanı özü qazanır. Şeytan ruhlu insanlar həyatımızda hər zaman olub, olacaq da. Allah bizi elə insanlardan qorusun" deyərək, B.Dadaşova inciklikləri haqda suala cavab verib.

"Brillianta olan içdən münasibətim başqa idi. Amma şou-biznesin yazılmayan qanunları var. Əminəm ki, görüşəcəyik" deyə, N.Qasımova söyləyib. 

Qeyd edək ki, B.Dadaşova N.Qasımovanın "Mənim dünyam" və "Yalvarıram" mahnısını icazəsiz oxuyub. Bu da qarşı tərəfi əsəbiləşdirib.