Şair Astan ziyarətə gəlmişik
Dur ayağa Yasamalı gəzək biz.
Məclis quraq şeir deyək saz çalaq
Əl qaldırıb toy düyündə süzək biz.
Dur ayağa Yasamalı gəzək biz.
Kəklik otu yığaq yamac uzunu
Kəsək soyaq körpə əmlik quzunu
Sulanmamış kabab vuraq duzunu
Şiş qarışıq süfrələrə düzək7 biz.
Dur ayağa yasamalı gəzək biz.
Udaq sərin havasını dağların
Eşidək xoş nəvasını dağların
Dadaq zövqün səfasını dağların.
Dərdə məlhəm çiçəklərdən üzək biz.
Dur ayağa Yasamalı gəzək biz.
Mən gəlmiçdim söz libası geyəsən
Daşdan baxıb dinməyirsən niyə sən
Yoxmu sozun Ziyəddinə diyəsən
İnsaf eylə bu sükutu pozaq biz
Dur ayağa Yasamalı gəzək biz.
Müəllif : Ziyəddin Binəva